BAKI, 4 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, amerikalı həmkarı Donald Trampdan Suriyanın İdlib vilayətində "Bahar qalxanı" əməliyyatı ilə bağlı sursat istəyib. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
"Mən bu cür sorğuları cənab Trampa göndərmişəm", - deyə Türkiyə lideri jurnalistlərin Vaşinqton İdlibdəki əməliyyatlara sursat yardımı edəcəkmi sualına cavablandırarkən bildirib.
Qeyd edək ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Suriyanın İdlib regionunda əməliyyatlar zamanı 2 nəfər ölüb, 6 nəfər yaralanıb.