CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıtda partlayış: yaralılar var

Partlayış zamanı ər və arvad müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər
Sputnik

BAKI, 4 mart — Sputnik. Sumqayıt şəhərinin 9-cu mikrorayonunda, ev 71 mənzil 33 ünvanında partlayış olub.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, partlayış qaz sızması nəticəsində baş verib.

Hadisə nəticəsində 1960-cı il təvəllüdlü Nuriyev Məhyəddin Balaxan oğlu və onun həyat yoldaşı, 1970-ci il təvəllüdlü Nuriyeva Narınc Ağacəfər qızı müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.