BAKI, 4 mart — Sputnik. İranın Sənaye, Mədən və Ticarət naziri Rıza Rəhaməni də koronavirus aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir.
Qeyd edək ki, İranda koronavirusdan (COVID-19) yoluxanların sayı isə 2 336 nəfərdir. Məlumata əsasən virusdan 77 nəfər ölüb, 435 nəfər isə koronavirusdan sağalıb.
Bu arada İran hökumətinin həbsxanalarda koronavirusunun yayılmasının qarşısını almaq məqsədilə 54 mindən çox məhbusu müvəqqəti olaraq azad etdiyinə dair xəbərlər yayılıb . İran ədliyyə sisteminin rəsmisi Qulamhüseyn Esmaili azad edilən məhbusların koronavirus üçün yoxlanılmadığını vurğulayıb. Müvəqqəti olaraq azadlığa buraxılma beş ildən çox olmayan müddətə həbs edilmiş şəxslərə şamil edilir.