CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda vərəm dispanserində xəstə özünü bıçaqladı

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub
Sputnik

BAKI, 4 mart — Sputnik. Bakıda dispanserdə xəstə özünə bıçaq xəsarəti yetirib.

Sputnik Azərbaycan "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonu Zığ şosesində yerləşən 6 saylı Vərəm əleyhinə Dispanserdə qeydə alınıb.

Belə ki, 1979-cu il təvəllüdlü Ağayev Cümşüd Hüseyn oğlu özünə bıçaq xəsarəti yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.