BAKI, 3 mart — Sputnik. Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-16" qırıcısı Suriyanın İdlib vilayətində Bəşər Əsəd qüvvələrinə məxsus təyyarəni vurub. Bu barədə Sputnik Azərbaycan Türkiyə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Məlumatda vurğulanır ki, Türkiyə HHQ-ə məxus təyyarə Suriya ordusunun "L-39" təyyarəsini vurub.
Suriya tərəfi də məlumatı təsdiqləyib.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl Türkiyə tərəfi Suriyaya məxsus daha 2 təyyarəni vurmuşdu. O zaman vurulan təyyarələr Rusiya istehsalı olan “Su-24” təyyarələri idi.