CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qobustanda bir ailənin 5 üzvü zəhərləndi

Ailə üzvləri siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər
Sputnik

BAKI, 3 mart — Sputnik. Qobustan rayonunda kütləvi zəhərlənmə baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, şəhər sakinləri - Elnur Şıxəliyev, Gülçiçək Şıxəliyeva, Məhəmməd Şıxəliyev, Könül Şıxəliyeva və Gülminə Şıxəliyeva siçan dərmanından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.