SƏHİYYƏ

Bu da yaxşı xəbər – Koronavirusun qalıcılığı çox deyil

Bakı şəhər Dezinfeksiya Mərkəzinin həkimi Elvin Məmmədov Türkiyə və İspaniya istehsalı yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən daim istifadə olunduğunu bildirib
Sputnik

BAKI, 3 mart — Sputnik. "Koronavirus havada uzun müddət qalıcı olmasa da, səthlərdə onun 9-12 saatadək qalıcılıq qabiliyyəti var. Təşvişə ehtiyac yoxdur, koronavirusun digər viruslara nisbətən qalıcılıq müddəti azdır".

Koronavirus durmaq bilmir: yeni rəqəmlər açıqlandı

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı şəhər Dezinfeksiya Mərkəzinin həkimi Elvin Məmmədov danışıb.

Onun sözlərinə görə, qalıcılıq qabiliyyətinə görə bu istiqamətdə təxirəsalınmaz əks-epidemik dezinfeksiya işləri təcili aparılır: "Burada Türkiyə və İspaniya istehsalı yüksək keyfiyyətli dərman preparatlarından, xloramindən daim istifadə olunur. Səthlərdən asılı olaraq dərman məhsulları dəyişə bilir. Bəzən valideynlər təşvişə düşürlər. Bu, o demək deyil ki, əks-epidemik tədbirlər hər hansı epidemik göstəriş olanda həyata keçirilir. Təhsil Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq nəticəsində demək olar ki, yanvar ayının əvvəlindən hər yerdə bu tədbirlər görülür".

E.Məmmədov həmçinin əlavə edib ki, bu tədbirlər iş qrafikindən asılı olaraq tədris gününün sonunda aparıldığına görə gözə çarpmır: "Nazirlər Kabinetinin son qərarı bu işlərin daha da sürətlənməsinə səbəb oldu. Az müddət ərzində bütün tədbirlər planı həyata keçiriləcək".