İranda koronavirusa yoluxanların sayı kəskin artdı

Bu gün məlum olub ki, İranın 23 millət vəkili koronavirusa yoluxub. Koronavirusa yoluxaraq ölən şəxslərin sayı da artıb
Sputnik

BAKI, 3 mart — Sputnik. İranda bir gündə koronavirusa yoluxanların sayı 835 nəfər artaraq 2336-ya çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, son 24 saat ərzində koronavirusa yoluxaraq ölən şəxslərin sayı 11 nəfər artaraq 77-yə çatıb.

Bundan əlavə, koronavirusa yoluxan 435 nəfər sağalaraq evə buraxılıb.

Bu gün məlum olub ki, İranın 23 millət vəkili koronavirusa yoluxub. Bu barədə İran Parlamentinin spikerinin köməkçisi Əbdülrza Mesri deyib.