İran koronavirusa görə Rusiyadan kömək istədi

Bu gün məlum olub ki, İranın 23 millət vəkili koronavirusa yoluxub. Bu barədə İran Parlamentinin spikerinin köməkçisi Əbdülrza Mesri deyib
Sputnik

BAKI, 3 mart — Sputnik. Rəsmi Tehran yeni növ koronavirusla mübarizədə Moskvadan kömək istəyib. Sputnik Azərbaycan "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Rusiyadakı səfiri Kazım Cəlili bildirib.

"Bəli, belə bir müzakirələr olub", - deyə səfir qeyd edib.

Cəlili əlavə edib ki, rəsmi Tehran bütün ölkələrdən olan humanitar yardımı alqışlayır.

Qeyd edək ki, İran Çin, Cənubi Koreya və İtaliyadan sonra koronavirus xəstələrinin sayına görə dördüncü yerdə qərarlaşıb. Ümumilikdə 1501 nəfərdə bu xəstəliyə yoluxma halı qeydə alınıb, 66 nəfər bu xəstəlikdən ölüb.

Bu gün məlum olub ki, İranın 23 millət vəkili koronavirusa yoluxub. Bu barədə İran Parlamentinin spikerinin köməkçisi Əbdülrza Mesri deyib.