İQTİSADİYYAT

FED uçot dərəcəsini gözlənilmədən azaltdı – Virus səbəbindən

"ABŞ iqtisadiyyatı hələ də güclüdür. Lakin koronavirus iqtisadi fəallıq üçün yeni risklərin artmasına zəmin yaradır. FED məhz bu səbəbdən uçot dərəcəsinin 0,5% bəndi aşağı salınmasına qərar verib", - məlumatda vurğulanıb
Sputnik

BAKI, 3 mart — Sputnik. ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsinə yenidən baxıb.

FED-in qərarının Azərbaycan iqtisadiyyatına təsiri - SON VƏZİYYƏT

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə nizamlayıcının saytında bildirilir.

Məlumata görə, Federal Ehtiyat Sistemi uçot dərəcəsini 0,5% bəndi azaldıb və 1-1,25% səviyyəsində saxlayıb.

"ABŞ iqtisadiyyatı hələ də güclüdür. Lakin koronavirus iqtisadi fəallıq üçün yeni risklərin artmasına zəmin yaradır. FED məhz bu səbəbdən uçot dərəcəsinin 0,5% bəndi aşağı salınmasına qərar verib", - məlumatda vurğulanıb.

Qeyd edək ki, FES bundan əvvəl uçot dərəcəsinə cari il yanvarın sonunda baxmış və sabit saxlamışdı.