TƏHLİL

Ədliyyə Nazirliyinin səlahiyyətlərinin artırılması nəyi dəyişəcək – hüquqşünas rəyi

Hüquqşünas Əkrəm Həsənov deyir ki, hüquq sistemində baş verən dəyişikliklər məsələlərin mərkəzləşdirilməsi xarakteri daşıyır
Sputnik

Ədliyyə Nazirliyinin səlahiyyətləri artıb. Bu, Prezident İlham Əliyevin 18 dekabr 2019-cu il tarixində imzaladığı fərmanla "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"də edilən dəyişiklikdə əksini tapıb.

Hüquqşünas Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyir ki, məhkəmələrin qiymətləndirmə məsələlərini hansısa özəl şirkətlərə yönləndirməsi şübhələrə səbəb olurdu:

“Bu işdə vahid yanaşma olmadığı üçün məhkəmənin eksperti haradan cəlb etməsi sualı ortaya çıxırdı. Bu dəyişikliklər məsələlərin mərkəzləşdirilməsi xarakteri daşıyır. Bundan sonra Ədliyyə Nazirliyi kimlərin ekspert qismində çıxış etməsini müəyyən edəcək”.

Əkrəm Həsənovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz