SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

ABŞ-ın taliblərlə anlaşması nə vəd edir – politoloq danışır

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov deyir ki, həm ABŞ, həm də Rusiya Əfqanıstanın gələcəyini taliblərlə görür
Sputnik

ABŞ prezidenti Donald Tramp tezliklə "Taliban" hərəkatının liderləri ilə təkbətək görüşmək niyyətindədir. Bu barədə o, Ağ Evdə keçirilən mətbuat konfransında bildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq Zaur Məmmədov Sputnik Azərbaycan-a deyir ki, ABŞ və NATO-nun Əfqanıstana daxil olmasından uzun müddət keçməsinə baxmayaraq, bu ölkədə sabitliyi təmin edə bilmədi:

“Əfqanıstanın terrorçu qruplardan təmizləndiyini iddia edirlər, ancaq elə "Taliban" özü də terror qruplaşmasıdır. Bu qruplaşma Əfqanıstanda böyük gücə və nüfuza malikdir. ABŞ-da anladılar ki, Əfqanıstanı idarə etmək asan olmayacaq və ona görə də "Taliban"ı terror qrupları siyahısından çıxarıb, sülh danışıqlarına başladılar. Həm ABŞ, həm də Rusiya Əfqanıstanın gələcəyini taliblərlə görür”.

Zaur Məmmədovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz