BAKI, 2 mart — Sputnik. Türkiyənin Ağrı vilayətinin Doğubəyazid rayonunda Gürbulaq Gömrük İdarəsinin zirehli avtobusuna raket hücumu olub. Sputnik Azərbaycan "Sozçu"-yə istinadən xəbər verir ki, faktı Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu da təsdiqləyib.
Məlumata əsasən raket maşının ön təkərinə dəyib. Nəticədə avtobus yoldan çıxıb.
"Hadisə nəticəsində bir nəfər ölüb, yaralananlar var. Terrorçuları təqib edib sıxışdırmışıq. Hazırda atışma davam edir", - deyə Soylu vurğulayıb.
Qeyd edək ki, Gürbuluq Gömrük İdarəsi Türkiyənin İranla sərhədindən 3 km məsafədə yerləşir.