BAKI, 2 mart — Sputnik. Filippinin paytaxtı Manilada silahlı şəxs 30-a yaxın insanı girov götürüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Filippinin polisinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
Hadisə ticarət mərkəzlərinin birində baş verib. KİV-in məlumatına görə insanları ticarətə mərkəzinin sabiq mühafizəçisi götürüb. Girov götürülən şəxslərin hamısı bu mərkəzin əməkdaşlıdır.
Şəhərin meri qeyd edib ki, silahlı şəxs ticarət mərkəzində atəş açıb, həmçinin onun qumbarası var. İnsident nəticəsində bir nəfər yaralanıb, o xəstəxanaya yerləşdirib.