CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Metrodakı problemin səbəbinə aydınlıq gətirildi

Texniki səbəblərdən maşinist qatara baxış keçirmək üçün "Memar Əcəmi" stansiyasında sərnişinləri düşürüb. Qatar stansiya dalanına verilib. Bunun əvəzində isə xəttə başqa qatar çıxarılıb
Sputnik

BAKI, 2 mart — Sputnik. Hazırda "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin "Memar Əcəmi", eləcə də "Həzi Aslanov" istiqamətində bir neçə stansiyada sıxlıq müşahidə olunub, "20 Yanvar" stansiyasında isə qatarlar 20 dəqiqəyədək gözləyib. 

"Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında metroda sıxlıq olduğunu təsdiq edib: "Texniki səbəblərdən maşinist qatara baxış keçirmək üçün "Memar Əcəmi" stansiyasında sərnişinləri düşürüb. Qatar stansiya dalanına verilib. Bunun əvəzində isə xəttə başqa qatar çıxarılıb".

"Həmin vaxt "Memar Əcəmi"dən "Nəriman Nərimanova" qədər 1 qatar xətdə olmadığı üçün iki qatar arasında interval iki dəfə artıq olub", - deyə o əlavə edib.