SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ərdoğan Putinlə görüşdən danışdı: "Ümid edirəm ki..."

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-i Rusiya Federasiyasına səfər edəcək
Sputnik

BAKI, 2 mart — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra Suriyanın İdlib regionunda atəşkəsin əldə olunacağına ümid edir. Sputnik Azərbaycan bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

"Baş verənləri dəyərləndirəcəyik. Ümid edirəm ki, artıq atəşkəs və digər addımlar atılar, bu işin nəticəsində sürətlə lazımi nəticəni əldə edərik", - deyə Ərdoğan vurğulayıb.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 5-i Rusiya Federasiyasına səfər edəcək.

"Prezident martın 5-i birgünlük səfərlə Rusiyaya səfər etməyi planlaşdırır", - Türkiyə Prezidentinin Administrasiyasında olan mənbə bildirib.

Qeyd edək ki, ötən gün Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Moskvada baş tutacaq görüşdə Suriya üzrə Soçi razılaşmalarının necə həyata keçirilməsini müzakirə edəcəklər.