Eden Azar zədəyə görə AVRO-2020-ni buraxa bilər

Eden Azar cərrahiyyə əməliyyatından sonrakı bərpa dövrünə görə Avropa çempionatında oynamamaq təhlükəsi ilə üzləşib
Sputnik

Futbol üzrə Belçika yığmasının və Madridin "Real" klubunun hücumçusu Eden Azar həftənin dördüncü günü ABŞ-da yenidən əməliyyat olunacaq. AS-ın yaydığı məlumata görə, o, yaşıl sahəyə 2-3 ay müddətində qayıdacaq.

Sümüyə düşən fəndlər: AVRO-2020-nin musiqi yığması

Azar fevralın 22-də İspaniya çempionatında "Levante" (0:1) ilə matçda zədə alıb. Sonra "Real" özünün rəsmi saytında futbolçunun incik sümüyündə çat aşkarlandığını bəyan edib.

Məlumatda əməliyyatın Dallasdakı klinikalardan birində həyata keçiriləcəyi bildirilir.

Azar Avropa çempionatını buraxmaq riski ilə üzləşib. Bu çempionatda belçikalıların B qrupunda rəqibləri Rusiya, Finlandiya və Danimarkadır.

AVRO-2020-nin ilk oyununu Belçika yığması iyunun 13-də Sankt-Peterburqda Rusiya yığmasına qarşı keçirəcək.