Suriyadakı rus-türk müttəfiqliyinə daha bir zərbə - Artıq heç bir zəmanət yoxdur

Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 36 hərçisinin şəhid edilməsindən sonra "Bahar qalxanı" əməliyyatına başlayıb.
Sputnik

BAKI, 2 mart - Sputnik. İdlib üzərindəki hava sahəsi bağlandıqdan sonra Rusiya Suriyada türk aviasiyasının uçuşlarının təhlükəsizliyinə zəmanət verə bilməz. RİA Novosti xəbər verir ki, Suriyada düşmən tərəfləri barışdırma mərkəzinin rəhbəri kontr-admiral Oleq Juravlyov belə bir bəyanata çıxış edib.

Kontr-admiral xatırladıb ki, Suriya hakimiyyəti əyalət üzərindəki hava məkanında vəziyyətin gərginləşməsindən sonra bu addımı atmağa məcbur olublar.

Suriya ordusu İdlib üzərindəki hava sahəsini bağlı elan edib. Bu barədə Suriya ordusunun rəhbərliyi məlumat yayıb.

Məlumata əsasən, bu ərazidəki bütün hədəflər düşmən hesab olunaraq vurulacaq.

Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 36 hərçisinin şəhid edilməsindən sonra "Bahar qalxanı" əməliyyatına başlayıb.

Türkiyə Müdafiə naziri Hulisi Akar fevralın 27-dən ötən dövr ərzində İdlibdə Əsəd qüvvələrinə məxsus 2 hərbi təyyarənin, 1 pilotsuz uçuş aparatının, 8 vertolyot, 103 tank, 72 top, 3  hava hücumundan müdafiə sistemi, 2 min 212 hərbçinin məhv edildiyini bildirib.