Nazir Merkelin əlini sıxmaqdan imtina etdi

Berlində miqrant birliklərinin nümayəndələri ilə görüş zamanı Merkel Zeehoferə yaxınlaşıb və ona əl uzadıb, lakin nazir ona cavab verməyib.
Sputnik

BAKI, 2 mart — Sputnik. Almaniya Daxili İşlər naziri Horst Zeehofer ölkədə koronavirusun yayılması fonunda ölkə Kansleri Angela Merkelin əlini sıxmaqdan imtina edib. Bu barədə Sputnik Azərbaycan "Bild" nəşrinə istinadən xəbər verir.

Berlində miqrant birliklərinin nümayəndələri ilə görüş zamanı Merkel Zeehoferə yaxınlaşıb və ona əl uzadıb, lakin nazir ona cavab verməyib. Merkel yaranmış vəziyyəti yumorla dəyərləndirib və hər iki əlini qaldıraraq Zeehoferə əllərinin iç hissəsini göstərib. Nəticədə hər iki rəsmi gülüb.

Qeyd edək ki, Almaniyada 150 koronavirus xəstələyinə yoluxma halı qeydə alınıb.