SƏHİYYƏ

Çində koronavirusa yoluxmuş şəxslərin yarıdan çoxu...

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 koronavirus infeksiyasının beynəlxalq yayılma təhlükəsini çox yüksəyə qədər qaldırıb.
Sputnik

BAKI, 1 mart - Sputnik. Çində SARS-CoV-2 koronavirusuna yoluxmuş şəxslərin yarıdan çoxu sağalıb. Sputnik Azərbaycan bu barədə RİA Novosti-yə istinadən məlumat verir.

Son məlumatlara görə, ölkədə 79 mindən artıq yoluxma halı qeydə alınıb. 41 mindən artıq insan (52%-dən çox) sağalıb və xəstəxanadan evə buraxılıb. Təxminən 33 min nəfər hələ də müalicə olunur.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 koronavirus infeksiyasının beynəlxalq yayılma təhlükəsini çox yüksəyə qədər qaldırıb.