BAKI, 1 mart - Sputnik. Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Moskvadakı görüşü asan Yenolmayacaq, lakin liderlər İdlibdəki vəziyyətin nizamlanmasına istiqmətləniblər. Sputnik Azərbaycan xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.
"Bəli, biz ümid edirik ki, həftənin ortasında, martın ya 5-i, ya da 6-sı görüş Moskvada baş tutacaq, indi hazırlıq gedir. Bu, şübhəsiz ki, asan görüş olmayacaq, lakin dövlət başçıları da İdlibdəki vəziyyətin nizamlanmasına istiqamətləndiklərini və Soçi razılaşmalarına təsdiq edirlər. Bu vacibdir", - deyə Peskov bildirib.