SƏHİYYƏ

Daha bir Avropa ölkəsində koronavirus aşkarlandı

Virusa yoluxmuş iki xəstə Praqanın Na Bulovce xəstəxanasında, bir nəfər isə Usti-nad-Labem şəhərinin xəstəxanasındadır.
Sputnik

BAKI, 1 mart - Sputnik. Çexiyada ilk dəfə olaraq koronavirusa yoluxma halları qeydə alınıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, virusa yoluxmuş iki xəstə Praqanın Na Bulovce xəstəxanasında, bir nəfər isə Usti-nad-Labem şəhərinin xəstəxanasındadır. Bu barədə ölkənin Səhiyyə naziri Adam Voytex məlumat verib.

"Xəstələnənlərdən biri Praqaya İtaliyadakı universitetdə təcrübə keçməkdən qayıdıb, Praqadakı xəstəxananın ikinci pasiyenti Milanda oxuyan amerikalıdır. Usti-nad-Labem şəhərindəki xəstəxanada yatan xəstə İtaliydan istirahətdən qayıdıb", - nazir deyib.