SƏHİYYƏ

Bakıda 5 turist koronavirusa görə xəstəxanaya yerləşdirildi

TƏBİB-dən bildirilib ki, onlar 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altındadırlar.
Sputnik

BAKI, 1 mart - Sputnik. Bakıda koronavirus şübhəsi ilə otel müştəriləri xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, Nəsimi rayonunda yerləşən "Holiday İnn Baku" hotelində müştəri olan İran İslam Respublikasının 5 vətəndaşı həkim nəzarətinə götürülüb.

TƏBİB-dən bildirilib ki, onlar 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində müşahidə altındadırlar.