CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Martda on beş gün iş olmayacaq

Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək bayram qeyd ediləcək. Martın 21-i və 22-si həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə bayrama iki gün də əlavə ediləcək
Sputnik

BAKI, 29 fevral — Sputnik. Martda 15 gün iş olmayacaq. İlk olaraq Beynəlxalq Qadınlar gününü qeyd edəcəyik.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu dəfə martın 8-i həftənin bazar gününə təsadüf etdiyi üçün martın 9-u da qeyri-iş günü olacaq. Beş günlük iş həftəsi ilə işləyənlər isə üç gün, martın 7-si, 8-i və 9-u istirahət edəcəklər. On gün sonra isə Novruz bayramı ilə bağlı 7 gün qeyri-iş günü olacaq. Nazirlər Kabinetinin qərarı ilə martın 20-dən 24-dək bayram qeyd ediləcək. Martın 21-i və 22-si həftəsonuna düşdüyü üçün qeyri-iş günləridir və bayram günləri ilə üst-üstə düşdüyünə görə bayrama iki gün də əlavə ediləcək.

Beləliklə, martın 25-i və 26-sı da istirahət günləri olacaq. Şənbə və bazar günləri də daxil olmaqla 15 gün qeyri-iş günü olacaq.