CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda gənc qadın pnevmoniyadan öldü

"Qadının vəziyyəti ağır olub, dərhal müalicəsinə başlanılıb. Hadisədən 40 dəqiqə sonra müdaxiləyə baxmayaraq, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemindən dünyasını dəyişib"
Sputnik

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 29 fevral — Sputnik. "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi" (TƏBİB) Bakıda pnevmoniyadan vəfat etdiyi barədə məlumat yayılan 26 yaşlı qadınla bağlı Sputnik Azərbaycan-ın sorğusuna cavab verib. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına gecə saatlarında daxil olub: "Ona ilkin olaraq ikitərəfli bronxopnevmoniya diaqnozu qoyulub. Qadının vəziyyəti ağır olub, dərhal müalicəsinə başlanılıb. Hadisədən 40 dəqiqə sonra müdaxiləyə baxmayaraq, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemindən dünyasını dəyişib. Hazırda xəstənin ölüm səbəbinin dəqiqləşdirilməsi ilə bağlı ekspertiza aparılır".

Qeyd edək ki, dünən gecə 26 yaşlı Ramazanova Nəzakət Fazil qızının səhhəti ağırlaşdığı üçün təcili yardımla Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 26 yaşlı qadın pnevmoniyadan ölüb.