RUSİYA

ABŞ Türkiyənin tərəfini tutdu: Rusiya qırıcılarını yerə salsın

Biz Rusiya Federasiyasını dərhal hərbi təyyarələrini yerə oturtmağa və bütün Suriya qoşunlarını və onların Rusiyadan olan müttəfiqlərini 2018-ci ildə müəyyənləşdirilən atəşkəs xəttindən geri çəkməyə çağırırıq
Sputnik

BAKI, 29 fevral — Sputnik. Birləşmiş Ştatların BMT-dəki daimi nümayəndəsi Kelli Kraft Rusiyanı Suriyada dərhal hərbi təyyarələri yerə oturtmağa çağırıb. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Kraft BMT Təhlükəsizlik Şurasının Suriyanın İdlib vilayətindəki vəziyyətə dair iclasda çıxışı zamanı bildirib.

Kraft, həmçinin Suriya qoşunlarını atəşkəs xəttindən geri çəkilməsinin vacibliyini vurğulayıb: "Biz Rusiya Federasiyasını dərhal hərbi təyyarələrini yerə oturtmağa və bütün Suriya qoşunlarını və onların Rusiyadan olan müttəfiqlərini 2018-ci ildə müəyyənləşdirilən atəşkəs xəttindən geri çəkməyə çağırırıq".

Kraft, həmçinin bu məsələdə Türkiyəni dəstəklədiklərini bildirib.