RUSİYA

Rusiya Müdafiə Nazirliyi: Türkiyə hərbçilərini biz vurmamışıq

Müdafiə Nazirliyindən vurğulanıb ki, Türkiyə tərəfinin məlumatlarına görə, həmin bölgədə Türkiyə ordusunun bölmələri olmamalıymış
Sputnik

BAKI, 28 fevral — Sputnik. İdlib gərginlik zonasında Suriya hökumət qüvvələrinin atəşi altına düşən türkiyəli hərbçilər orada olmalı deyilmiş.

Türkiyə və Rusiya arasında növbəti anlaşılmazlıq - Nə baş verir?

Sputnik Azərbaycan-ın "RİA Novosti"yə istinadla məlumatına görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, fevralın 27-i "Hayyat Tahrir əş-Şam" terror qruplaşmasından olan yaraqlılar Behun yaşayış məntəqəsində Suriya ordusunun mövqelərinə hücum etməyə cəhd ediblər. Suriya ordusu cavab atəşi açıb. Nəticədə türk ordusunun hərbçiləri də atəş altında qalıb.

Müdafiə Nazirliyi vurğulayıb ki, Türkiyə tərəfinin məlumatlarına görə, həmin bölgədə Türkiyə ordusunun bölmələri olmayıb və olmamalıdır.

Türkiyə hərbçilərinin xəsarət alması ilə bağlı məlumat əldə olunduqdan sonra Rusiya tərəfi atəşin dayandırılması üçün tədbirlər görüb və ölən və yaralı hərbçilərin Türkiyə ərazisinə təxliyə olunmasını təmin edilib.

"Rusiya Hərbi-Kosmik aviasiyası Behun yaşayış məntəqəsində olmayıb", - deyə nazirlikdən bildirilib.

Xatırladaq ki, Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.