Qisas qiyamətə qalmadı: Əsəd ordusu darmadağın edildi - Yüzlərlə ölü

Cavab atəşi ilə 5 helikopter, 23 tank, 10 zirehli avtomobil, 23 top və haubitsa, 5 silah-sursat daşıyan yük maşını, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat deposu, 2 silah-sursat anbarı, 1 qərargah binası məhv edilib
Sputnik

BAKI, 28 fevral — Sputnik. Türkiyənin 33 əsgərinin öldürülməsinə cavab olaraq Suriyada həyata keçirdiyi hərbi əməliyyat zamanı 309 Suriya hərbçisi öldürülüb. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Müdafiə naziri Hulusi Akar bildirib.

Hulusi Aklar Silahlı Qüvvələrin əməliyyatına şəxsən rəhbərlik edib. "Əməliyyat zamanı 200-dən çox hədəfə zərbələr endirilib. Nəticədə 5 helikopter, 23 tank, 10 zirehli avtomobil, 23 top və haubitsa, 5 silah-sursat daşıyan yük maşını, 1 ədəd SA-17, 1 ədəd SA-22 hava hücumundan müdafiə sistemi, 3 silah-sursat deposu, 2 silah-sursat anbarı, 1 qərargah binası məhv edilib", - Müdafiə naziri vurğulayıb.

Xatırladaq ki, Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.