CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Koronavirusa görə Azərbaycanda məktəblər bağlanacaq? - Rəsmi cavab

Orta məktəblərdə isə şəxsi gigiyena qaydalarına riayət edilməsindən başqa, xüsusi tədbir görməyə ehtiyac yoxdur
Sputnik

BAKI, 28 fevral — Sputnik. "Bu gün orta məktəblərdə, o cümlədən ali təhsil ocaqlarında hər hansı bir məhdudiyyət tətbiq etməyə ehtiyac yoxdur". Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Real TV"-yə müsahibəsində TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Acından öləcək - Virus dünyanın ən varlı üçüncü şəxsini də vurdu

R.Bayramlı bildirib ki, indiki durumda hər hansı təşvişə gərək yoxdur: "Bəzi universitetlərimizdə xaricdən oxuyan tələbələr var idi. Onlar özləri bizə müayinə olunmaq üçün müraciət etdilər. Onlardan götürülən analizlərin cavabı neqativ çıxıb. Yəni, hər hansı təşvişə ehtiyac yoxdur. Amma universitetlərimiz bir məsələyə xüsusi diqqət yetirməlidirlər. Bəzi tələbələr var ki, onlar riskli bölgələrdə yaşayırlar. Onlar da, onların tələbə yoldaşları da diqqətli olsunlar. Belə bir fakt görən kimi, bizim müəssisələrə müraciət etsinlər. Orta məktəblərdə isə şəxsi gigiyena qaydalarına riayət edilməsindən başqa, xüsusi tədbir görməyə ehtiyac yoxdur. Əgər görsək, rəsmi olaraq müraciət edəcəyik".