BAKI, 28 fevral — Sputnik. Belarusda ilk koronovirus faktı qeydə alınıb. Bu barədə Sputnik Belarus ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Virus fevralın 27-i laboratoriyada, fevralın 22-i Bakıdan Minskə gələn İran vətəndaşında aşkarlanıb.
Pasient və onunla əlaqədə olan şəxslər Minsk İnfeksiya Xəstəxanasında xüsusi palatalara yerləşdirilib. Gənc iranlı tələbə özünü yaxşı hiss edir.