SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan XİN: Başın sağ olsun, Kardeş Türkiye!

Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, Kardeş Türkiye
Sputnik

BAKI, 28 fevral — Sputnik. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) İdlibdə Türkiyə hərbçilərinin ölümü ilə bağlı başsağlığı verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat nazirliyin "Twitter" səhifəsində paylaşılıb.

"İdlibdə Türkiyə əsgərlərinin şəhid olması xəbəri bizi dərindən kədərləndirdi. Şəhidlərə Allahdan rəhmət diləyir, onların ailələrinə və bütün Türkiyə xalqına başsağlığı veririk. Başın sağ olsun, Kardeş Türkiye", - deyə, bildirilib.

Xatırladaq ki, Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.