BAKI, 28 fevral — Sputnik. Bu axşam 46-cı dəfə keçirilməsi nəzərdə tutulan Türkiyənin məşhur "Altın Kelebek" mükafat mərasimi təxirə salınıb. Bu barədə Sputnik Azərbaycan "Hürriyet" nəşrinə istinadən xəbər verir.
"46-cı Pantene Altın Kelebek mükafatı İdlibdə yaşanan xain hücumla bağlı təxirə salınıb. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza şəfa arzulayırıq", - deyə məlumatda bildirilir.
Suriya rejimi tərəfindən İdlibdə Türk Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu nəticəsində şəhid olan türk əsgərlərinin sayı 33-ə çatıb.