BAKI, 28 fevral — Sputnik. "Xəstəlikdən sağalan şəxsdə həmin xəstəliyə qarşı immunitet yaranır. Bu zaman həmin xəstəliyin ştammına qarşı immunitet yaranır".
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə baş infeksionist Cəlal İsayev bu gün koronavirusla bağlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın üzlərinin birgə keçirdiyi brifinqində deyib.
O bildirib ki, həmin şəxsin yenidən bu xəstəliyə yoluxa biləcəyi də istisna edilmir.