ASCO-da koronavirusla bağlı “Qaynar xətt" və qərargah fəaliyyətə başlayıb

Koronavirusla bağlı (050) 274 30 82 nömrəli “Qaynar xətt" fəaliyyətə başlayıbKoronavirusla bağlı (050) 274 30 82 nömrəli “Qaynar xətt" fəaliyyətə başlayıb
Sputnik

BAKI, 28 fevral — Sputnik. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Dənizçilər Poliklinikası” MMC-də koronavirusla bağlı (050) 274 30 82 nömrəli “Qaynar xətt" fəaliyyətə başlayıb. ASCO-dan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib ki, “Qaynar xətt” vətəndaşların maarifləndirilməsi, məlumatlandırılması və virusla bağlı suallarının cavablandırılması məqsədilə yaradılıb. Zənglər günün 24 saatı ərzində qəbul olunacaq və müraciətlər operativ şəkildə cavablandırılacaq.

ASCO-da “Qaynar xətt”lə yanaşı, koronavirusla bağlı rəhbər şəxslərdən ibarət qərargah da yaradılıb.