CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtı təşvişə salan problem aradan qaldırıldı

Bakının Suraxanı və Nizami rayonlarınının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xətdə baş vermiş qəza nəticəsində elektrik enerjisinin verilməsində fasilə yaranıb
Sputnik

BAKI, 27 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, bir saatdan artıq müddətdir ki, Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində problemlər yaranıb. Buna əsas səbəb Bakının Suraxanı və Nizami rayonlarınının bəzi ərazilərini əhatə edən yüksək gərginlikli xətdə baş vermiş qəza olub.

"Azərenerji" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, əməliyyat heyətinin operativ fəaliyyəti nəticəsində elektrik enerjisinin verilişi bərpa edilib.

Elektrik enerjisinin kəsilməsi nəticəsində Bakı metrosunda qatarlarının hərəkətində də fasilə olub. "Xalqlar Dostluğu" metrostansiyasından “Həzi Aslanov”a qədər bu problem müşahidə olunub. Həmin stansiyalarda dayanıqlı elektrikin olmaması problem yaradıb. Bundan sonra dizel generatorlar vasitəsilə qatarlar stansiyaya çıxarılıb, sərnişinlər təxliyə ediliblər.

Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq elektrik enerjisinin verilişində dayanıqlıq təmin olunduğundan saat 17:14-dən "Xalqlar Dostluğu" - "Həzi Aslanov" sahəsində qatarların hərəkəti bərpa olunub. Hər 3 stansiya - "Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu" - sərnişinlərin girişi üçün açılıb.