CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda elektrik enerjisinin təchizatında problem yarandı: metroda qatarlar dayanıb

Hazırda Bakı metrosunun stansiyalarında qatarlaırn hərəkətində də problem yaranıb. ”Koroğlu” metrostansiyasından “Həzi Aslanov”a qədər bu problem müşahidə olunub
Sputnik

BAKI, 27 fevral — Sputnik. Bakının elektrik enerjisi təchizatı ilə bağlı problem yaranıb. Bu barədə “Azərişıq” Aşıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Tanrıverdi Mustafayev Sputnik Azərbyacan-a açıqlamasında məlumat verib. O bildirib ki, hadisəyə səbəb yarımstansiyalardan birinin fəaliyyətində yaranan nasazlıqdır.

T.Mustafayev deyib ki, hazırda problemin aradan qaldırılması üzrə işlər həyata keçirilir.

Qeyd edək ki, hələlik qurum tərəfindən problemin dəqiq olaraq hansı əraziləri əhatə etdiyi bəlli deyil.

Onu da bildirək ki, hazırda Bakı metrosunun stansiyalarında qatarlaırn hərəkətində də problem yaranıb. ”Koroğlu” metrostansiyasından “Həzi Aslanov”a qədər bu problem müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub. Bəzi stansiyalarda 20 dəqiqəyədək gecikmələrin olduğu bildirilir. 

Saat 15:48-də metropolitenə verilən elektrik enerjisinin verilməsində qısamüddətli fasilə yaranıb. Gərginlik bütün sahələrdə bərpa olunub. Lakin "Xalqlar Dostluğu" və "Həzi Aslanov" istiqamətində elektrik dayanıqlılığı olmadığından 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunublar.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, generatorlarda problem yoxdur: "Sərnişinlər təxliyə olunmalı, xətt yoxlanılmalıdır ki, sonradan generratorlar qoşulsun. Hazırda isə generatorlar qoşulmayıb. Artıq hər 3 stansiyada qatarlar dizel generatorlarla stansiyaya çıxarılıb və bundan sonra sərnişinlər təxliyə olunub".