SƏHİYYƏ

İranda koronavirusdan ölənlərin sayı artır – Cümə namazı isə...

Virusun yayılma riskinin olduğu ərazilərdə cümə namazının qılınmayacağı barədə əhaliyə xəbərdarlıq edilib.
Sputnik

BAKI, 27 fevral — Sputnik. İranda koronavirusdan ölənləri sayı 26-ya çatıb. 

İran Səhiyyə Nazirliyinin rəsmisi Kiyanuş Cahanpur ölkədə koronavirusdan ölənlərin sayının 26 nəfərə çatdığını deyib. 

Onun sözlərinə görə, bu günədək 245 nəfərə koronavirus diaqnozu qoyulub. 

İranın Səhiyyə naziri Səid Nəmaki virusun aşkarlandığı bölgələrdə dərslərin məktəblərdə üç gün və universitetlərdə bir həftə müddətinə təxirə salındığını bəyan edib.

O, eyni zamanda türbələrə girişə məhdudiyyət qoyulacağını, virusun yayılma riskinin olduğu ərazilərdə cümə namazının qılınmayacağı barədə əhaliyə xəbərdarlıq edib.