“Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakıya səfəri çox əhəmiyyətli idi”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, səfər çərçivəsində müxtəlif istiqamətlərdə əməkdaşlıqlar müzakirə edildi və yeni sahələrdə əməkdaşlıqlar müəyyən edildi:
“Səfərin əsas hədəfi Azərbaycan-Türkiyə ticarət dövriyyəsini artırmaqdır. Düşünürəm ki, tərəflər qarşıya qoyulmuş hədəflərə nail ola bilərlər. Digər önəmli məqam isə hərbi əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı atılacaq addımlardır. Ölkələrimizin ortaq hərbi texnika istehsalına başlaması vacib məqamlardandır”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz