CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ova getmək istəyənlər imtahandan keçiriləcək

Ovçuluqla məşğul olan şəxslər ETSN və Hərbi Ovçuluq tərəfindən verilən ovçuluq biletini əldə etməlidir
Sputnik

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 27 fevral — Sputnik. "Ovçuluq Azərbaycan xalqı üçün ənənəvi məşğuliyyət olub. Qobustan qayalıqlarının üzərində də biz bunu görə birik.Birdən-birə bunu genetik fonddan silmək mümkünsüzdür. O səbəbdən mühafizəkar fikirdə olanları başa düşürük. Lakin digər qütbdə dayananlar bunun qeyri humanist adlandıraraq təbiətin genef onduna zərbə kimi qiymətləndirirlər. Ortaq məxrəcin tapılması çox vacibdir. Biz daha çox məsuliytətli ovçuluğun insanlara tanıdılmasına çalışırıq. Ovçu əlinə tüfəng götürürsə, o artıq risk yaradır. Hər bir ovçu təbiət qarşısında məsuliyyətini dərk etməli, qayda-qanunlara əməl etməlidir".

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Ekolgiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Hikmət Əlizadə Üm umdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə "Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

O bildirib ki, ovçuluqla məşğul olan şəxslər ETSN və Hərbi Ovçuluq tərəfindən verilən ovçuluq biletini əldə etməlidir: "Bunun üçün o imtahandan keçməlidir. Lakin ov etmək üçün ov lisenziyası verilməlidir. Artıq əcnəbilərə bu lisenziya ASAN Xidmət tərəfindən verilir. Ovçular lisenziyaların qeyri-məhdud sayda olmasını tələb edirlər. Lakin bu münasibət təbii ki, qəbuledilməzdir. Çünki limit ov obyektlərinin sayına uyğun tənzimlənir ".