RUSİYA

Qırx nəfəri öldürməyə hazırlaşan uşaqlar saxlanıldılar – VİDEO

Hər iki Rusiya vətəndaşının kütləvi qırğınlar ideologiyasını təbliğ edən internet icmaların üzvü olduğu bildirilir.
Sputnik

BAKI, 26 fevral — Sputnik. Rusiyanın Saratov vilayətində təhsil müəssisəsinə hücum hazırlayan iki yeniyetmə tutulub. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, onlar qisas üçün təqribən 40 nəfərin qətlini planlaşdırdıqlarını etiraf ediblər.

Federal Təhlükəsizlik Xidməti (FTX) həbs olunmuş hər iki Rusiya vətəndaşının yetkinlik yaşına çatmadığını (hər ikisi 2005-ci il təvəllüdlüdür) və kütləvi qırğınlar ideologiyasını təbliğ edən internet icmaların üzvü olduğunu deyib.

Qeyd edək ki, yeniyetmələrin həbs olunmasının videogörüntüləri yayılıb.

 

Gənclər tərk edilmiş bomba sığınacağının ərazisində tutulublar. Onlar həmin ərazidə lüləsi kəsik ov tüfəngi saxlayırmışlar.

Onların hücum zamanı odlu silahla yanaşı, əldəqayırma yandırıcı maddələrdən də istifadə etməyi planlaşdırdıqları bildirilir.

Saratov vilayətinin İstintaq Komitəsi məsələ ilə bağlı cinayət işi açıb.