Ölümcül bəla durmaq bilmir - yeni rəqəmlər açıqlandı

Son sutka ərzində Hubey əyalətində 401 yeni yoluxma və 52 ölüm halı qeydə alınıb. Ölkə üzrə ölənlərin sayı artıq 2715-dir
Sputnik

BAKI, 26 fevral — Sputnik. Çində koronavirusun yeni ştammına yoluxanların sayı 78 mini ötüb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsinin məlumatında deyilir.

Məlumata görə, koronavirusa yoluxanlardan 2715 nəfər ölüb, 29745 nəfər isə sağalıb.

Son sutka ərzində Hubey əyalətində 401 yeni yoluxma və 52 ölüm halı qeydə alınıb. 

Çin hökuməti 2019-cu il dekabrın 31-də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumatlandırıb. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus olduğunu müəyyən ediblər.

ÜST bu xəstəliyin yayılmasını beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.