Ərdoğan Putinlə görüşün yerini və vaxtını açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşün İstanbulda keçiriləcəyini, hələlik formatın razılaşdırma mərhələsində olduğunu deyib
Sputnik

BAKI, 26 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə daha əvvəldən anons edilmiş danışıqlar martın 5-də İstanbulda olacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Anadolu agentliyi xəbər yayıb.

Türkiyə dövlət başçısının sözlərinə görə, hazırda iştirakçı formatı razılaşdırılır - iki, yoxsa dörd liderin iştirakı ilə.

Ərdoğan qeyd edib ki, Ankara İdliblə bağlı Soçi anlaşmasının bütün bəndlərini yerinə yetirməyə ümid edir və öz mövqeyindən geri çəkilmək niyyətində deyil.

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu isə deyib ki, ola bilsin, danışıqlar Türkiyə, Fransa, Almaniya və Rusiya liderlərinin iştirakı ilə keçirilsin.