Acından öləcək - Virus dünyanın ən varlı üçüncü şəxsini də vurdu

Avropanın ən varlı adamı Bernar Arnonun varidatı koronavirusa görə bazarlarda qiymətlərin enməsi səbəbindən 100 milyard dollardan aşağı düşüb.
Sputnik

BAKI, 26 fevral — Sputnik. "Louis Vuitton" moda evinin (LVMH) sahibi və Avropanın ən varlı adamı Bernar Arnonun varidatı koronavirusa görə bazarlarda qiymətlərin enməsi səbəbindən 100 milyard dollardan aşağı düşüb. Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadla xəbər verir ki, "Forbes"in milyarderlər sıralamasında yer tutan dünyanın ən varlı üç ultramilyarderindən biri sıradan çıxıb.

Yüz milyardlar birdən getdi – Virus dünyanın ən varlılarını bir günə vurdu

26 fevral 2020 tarixinə olan məlumata görə, onun ümumi sərvəti bu gün 98,3 milyard dollar olaraq qiymətləndirilir. Arnonu 120.9 milyard dollar sərvəti ilə "Amazon" şirkətinin qurucusu və planetin ən varlı adamı Ceff Bezos və 109.7 milyard dollar sərvəti ilə "Microsoft"un qurucusu Bill Geyts qabaqlayır. Avropanın ən varlı adamı milyarderlərin qlobal reytinqində üçüncü yerdədir.

Arno 2019-cu ilin iyununda sərvəti 100 milyard dollara çatan üçüncü şəxs olub. Dekabr ayında o, bir neçə dəqiqə ərzində Bezos və Qeytsi qabaqlayaraq ilk dəfə planetin ən varlı adamı olub. 2020-ci ilin yanvarında Arno yenidən "Forbes" reytinqində birinci yeri tutmağı bacarıb, ancaq bir neçə gün ərzində bu mövqeyini itirib.

Fevralın 25-də məlum olub ki, koronavirus səbəbindən gündə dünyanın ən varlı insanları fond indekslərinin düşməsi fonunda 139 milyard dollar kasıblayıblar. "Bloomberg"in yazdığı kimi, ən böyük zərbə LVMH holindinqinə daxil olan lüks mal istehsalçılarına dəyib. Buna səbəb bu sinif malların 40 faizinin dünya bazarına Çin tərəfindən çıxarılmasıdır.