CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıdakı dumanın səbəbi açıqlandı

Havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb
Sputnik

BAKI, 26 fevral — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın sözlərinə görə, hazırda paytaxtda müşahidə olunan duman təbii meteoroloji  hadisədir.

Sputnik Azərbaycan-ın xəbərinə görə, G.Məmmədova qeyd edib ki, havanın rütubətliyinin artması və yer səthinə yaxın təbəqədə temperatur inversiyası qatının olması dumanın əmələ gəlməsinə şərait yaradıb.