HADİSƏ

Bakıda üç avtomobilin toqquşması üç nəfərin ölümünə səbəb oldu

“BMW-X5”, “Daewoo” və “Fiat” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Daewoo” və “Fiat” yaxınlıqdakı bataqlığa düşüb
Sputnik

BAKI, 26 fevral — Sputnik. Bakıda ağır yol qəzası baş verib.

Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, hadisə Xocəsən qəsəbəsi ərazisində qeydə alınıb. Üç avtomobil toqquşub, avtomobillərdən ikisi gölə düşüb.

“BMW-X5”, “Daewoo” və “Fiat” markalı avtomobillər toqquşub. Zərbənin təsirindən “Daewoo” və “Fiat” yaxınlıqdakı bataqlığa düşüb. Nəticədə “Daewoo”da olan sərnişin, 1970-ci il təvəllüdlü Fatimə Arif qızı Quliyeva və “Fiat”da olan, 1995-ci il təvəllüdlü Hikmət Məhəmməd oğlu Lətifov ölüblər. Qəza nəticəsində ölən digər qadının şəxsiyyəti hələlik məlum deyil.

Fövqəlada Hallar Nazirliyindən verilən məlumata görə, hadisə yerinə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub: “Hazırda xilasetmə işləri aparılır”.