CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın sabiq daxili işlər naziri vəfat edib

O, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb.
Sputnik

BAKI, 26 fevral — Sputnik. Azərbaycanın sabiq daxili işlər naziri İsgəndər Həmidov vəfat edib.

Bu barədə səhiyyə eksperti, professor Adil Qeybulla bildirib. 

O, İ.Həmidovun bu gün dünyasını dəyişdiyini xəbər verib. 

Qeyd edək ki, İsgəndər Həmidov 1948-ci ildə oktyabrın 4-də Kəlbəcər rayonunda anadan olub. 1965-ci ildə Tərtərdə orta məktəbi bitirib. O, 1992-ci il mayın 16-dan 1993-cü il aprelin 16-a qədər Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsində çalışıb. İ.Həmidov bir müddət idi ki, ağır xəstəlikdən əziyyət çəkirdi.