SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Türkiyə Prezidenti Azərbaycandadır

Türkiyə Prezidenti Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək
Sputnik

BAKI, 25 fevral — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfəri başlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısının təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

R.T.Ərdoğanı Azərbaycan rəsmiləri və Türkiyənin Bakıdakı səfiri Erkan Özoral qarşılayıb.

O, Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək.

Türkiyə Prezidenti Azərbaycandadır

İki ölkə prezidentləri - İlham Əliyev və R.T.Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ikitərəfli əlaqələrin bütün cəhətləri, əməkdaşlığın daha da inkişafı müzakirə olunacaq, bununla yanaşı, region və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılacaq.

İclasda iki ölkə arasındakı əlaqələrə mühüm töhfə verəcək bəzi saziş və razılaşma sənədlərinin imzalanacağı da bildirilir.