İranın yeni parlamenti ölkənin xairici siyasətinə təsir edəcəkmi – politoloq rəyi

Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyir ki, bundan sonrakı dövrdə İrandakı vəziyyətin qənaətbəxş olmayacağı ehtimal edilir
Sputnik

“İrandakı parlamenti ciddi qanunverici orqan saymaq olmaz”. Bunu Sputnik Azərbaycan-a İranda keçirilən parlament seçkilərinin nəticələri haqqında danışarkən Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri Sədrəddin Soltan deyib.

Politoloq bildirib ki, parlament xarici siyasətə ali dini rəhbərliyin xeyir-duasından sonra təsir göstərə bilər: “Seçkilərin nəticəsində mühafizəkarların qələbə qazanması onu deməyə əsas verir ki, xarici siyasətdə hakimiyyətin irəli sürdüyü xətt davam etdiriləcək. Bundan sonrakı dövrdə İrandakı vəziyyətin qənaətbəxş olmayacağı ehtimal edilir. Tətbiq olunan sanksiyaların genişlənməsi, eyni zamanda koronavirusun yayılması İranın iqtisadiyyatına təsirsiz ötüşməyəcək”.

Qeyd edək ki, İranın Daxili İşlər naziri Rəmani Fəzli parlament seçkilərinin nəticələri haqqında məlumat verib. Nazir seçici fəallığının 42,57 faiz olduğunu bildirib. Bu il seçkilərdə mühafizəkarlar parlamentdə yerlərin daha çoxunu qazanıblar.

Sədrəddin Soltanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz