SƏHİYYƏ

İcbari tibbi sığortası olanlara dərmanlar pulsuz veriləcək

İcbari tibbi sığorta hazırda şimal bölgəsində tətbiq olunur. Aprelin 1-dən isə Qərb zonasında da tətbiqinə başlanacaq və bu istiqamətdə tədbirlər həyata keçirilir
Sputnik

BAKI, 25 fevral — Sputnik. Gələcəkdə icbari tibbi sığortası olan hər kəsə dərmanların da pulsuz verilməsi istiqamətində işlər aparılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov bildirib.

O bildirib ki, hazırda dərman vasitələri dövlət proqramına uyğun olaraq xəstəxanalarda pulsuzdur. "Yalnız xəstəxanada yatmadan müalicə yazılırsa, dərman ödəniş edilərək apteklərdən alınır", - deyə Ş.Eyvazov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə gələcəkdə işlərin görülməsi planlaşdırılıb.

Qeyd edək ki, icbari tibbi sığorta hazırda şimal bölgəsində tətbiq olunur. Aprelin 1-dən isə Qərb zonasında da tətbiqinə başlanacaq və bu istiqamətdə tədbirlər həyata keçirilir.