CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu qurum havaya görə gücləndirilmiş rejimə keçdi

Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün "Azərişıq" qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur.
Sputnik

BAKI, 25 fevral — Sputnik. Bir sıra regionlarda başlayan güclü külək səbəbindən "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçdi.

ASC-dən Sputnik Azərbaycan-a bildirilib ki, "Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, "Şimal" RETSİ-nə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində güclü külək müşahidə edilir.

Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün "Azərişıq" qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında problem yoxdur. "Azərişıq" ASC istehlakçılardan xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat xidmət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.